HƏMAS bir neçə gün əvvəl İsraillə əldə edilmiş keçici atəşkəs sazişinin uzadılmasını təklif edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail mediası belə bir iddia ilə çıxış edib. İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, HƏMAS İsrailə məhbus mübadiləsi üçün də yeni təklif irəli sürüb. Təklifə 4 mərhələli yeni əsir mübadiləsi daxildir.
Adının açıqlanmasını istəməyən bir İsrail rəsmisinin HƏMAS-ın təklifinə cavab olaraq, “Yeni razılaşmanı müzakirə etməzdən əvvəl HƏMAS əlində olan 21 qadın və 4 uşağı azad etməlidir”, deyərək cavab verib.
Anar TAĞIYEV