Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalaması təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda sevinclə qarşılanıb və təqdir edilib. Dünyanın müxtəlif ölkələrində çalışan soydaşlarımız dövlət başçısının sözügedən sərəncamını zamanında atılmış addım kimi kimi xarakterizə ediblər. Elə Kanadada yaşayan və bu ölkənin Vaterloo Universitetinin çalışan İlham Axundov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, İlham Axundov deyib ki, universitetlərin şəhər/bölgə inkişafında oynadığı rola dair sübutlar çoxdur:
"Bəzən deyirlər ki, güclü bir şəhər yaratmağın yolu güclü bir universitet yaratmaq və bir gədər gözləməkdir. Arzu edirəm ki, Qarabağ bölgəmiz beynəlxalq səviyyəli təhsil, tədqiqat və innovasiya mərkəzinə çevrilsin".
İlham Axundov qeyd edib ki, ən uğurlu gənc universitetlər, istər dövlət, istərsə də özəl, əhəmiyyətli investisiyalar, idarəetmə, kurikulum, sosial məsuliyyət, innovativ ideyalar və uzaqgörən liderlik ilə xarakterizə olunur:
"Bir daha uğurlar arzulayıram".
Anar Əliyev