"Zəngəzur dəhlizi məsələsi Ermənistan və onun Qərb havadlarında ciddi narahatcılıq yaradıb, çünki onlar bu dəhlizin açılmasını istəmirlər. Əslində 10 Noyabr razılaşması özündə çox geniş məsələləri ehtiva edir, Ermənistan tərəfi vaxtında və normal şəkildə bu razılaşmada bəyan olunan maddələri icra etsəydi, regionda ümumiyyətlə heç bir hərbi toqquşma olmayacqdı".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bu bəyənnamə ilə həm Qarabağ danışıqlarına dinc yolla son qoyulurdu, həm Naxçıvana yollar açılırdı və s:
"Amma necə ki, Ermənistan süni şəkildə Qarabağda yaşayan erməni sakinlərin hüquqları məsələsini beynəlxalq aləmdə şişirtdi, ajiotaj yaratdı, indi də eyni şeyi Zəngəzur məsələsi ətrafında təkrar edir. Yalandan belə bir ajiotaj formalaşdırır ki, guya Azərbaycan Zəngəzur məsələsinin həlli ilə bağlı hərbi gücə əl atacaq. Əslində isə həqiqət bundan ibarətdir ki, Qərbdə birmənalı şəkildə Zəngəzur dəhlizinin əleyhinədirlər, istəmirlər ki, bu dəhliz açılsın, ona görə hər dəfə Laçın koridoru bəhanəsini ortaya atırdılar".
Vüqar Əhmədov deyib ki, indi Laçın koridoru məsələsi aradan qalxıb, keçiblər güc yolu ilə müdaxilə məsələsini ortaya atmağa:
"İstəməməklərinin də səbəbi odur ki, regionda kommunikasiyalar bərpa olunacaq, yeni bir hab formalaşacaq, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın yeni əməkdaşlıq modeli və mərkəzi Asiya yönümlü yeni bir koridoru formalaşacaq. Bu isə Qərbə heç cür sərf etmir, regional proseslərdən kənarda qalacağını zənn edir. Ona görə bütün çabalarla bu prosesini qarşısını almağa çalışır".
Anar Əliyev