Bundan sonra Rusiyada LGBT hərəkatının fəaliyyətinə qadağa tətbiq olunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rusiyada məhkəməsi bununla bağlı qərar qəbul edib. Məlumata görə, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciəti əsasında ölkədə LGBT hərəkatının fəaliyyəti ilə bağlı iclas keçirib. İctimaiyyətə qapalı keçirilən toplantıda LGBT hərəkatının ekstremist hesab edilərək təşkilatın fəaliyyətinin qadağan edilməsi qərara alınıb.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi noyabrın 17-də verdiyi açıqlamada LGBT hərəkatının fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyini və bunun federal qanunu pozduğunu bildirmişdi.
Mehman Mehdiyev