Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Somali dəniz quldurları İran gəmisini qaçırıblar

Somali dəniz quldurları İran gəmisini qaçırıblar


Somalinin dəniz quldurları bir həftə ərzində İran bayrağı altında üzən ikinci gəmini qaçırıblar.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Somalinin Kandala Regional Prezidenti Əhməd Yusuf Khurşe mətbuata verdiyi açıqlamada İran bayraqlı gəminin dəniz quldurlarının hücumuna məruz qaldığını etiraf edib.

Khurşe deyib: “İran balıqçı gəmisi Kandalanın da daxil olduğu Putland əyalətinin sahillərində bir qrup dəniz qulduru tərəfindən qaçırılıb”. Ekipajın hamısının xarici ölkə vətəndaşı olduğunu deyən Xurşe onların sayı barədə məlumat verməyib.

Qeyd edək ki, noyabrın 25-də isə Somalinin Putland bölgəsi sahillərində daha birİran bayrağı altında üzən gəmi qaçırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş