Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Azərbaycanla təzyiq dilində danışmağın səhv olduğunu başa düşür

Vaşinqton Azərbaycanla təzyiq dilində danışmağın səhv olduğunu başa düşür


"ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və müavini Ceyms Obrayanın Azərbaycana səfər etməsinə icazə istəməsi və dövlət başçısının məlum cavabı onu deməyə əsas verir ki, Azərbaycanın əhəmiyyəti ABŞ üçün önəmlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda ABŞ üçün ən vacib ölkə nə Ermənistan, nə də Gürcüstandır:

"ABŞ üçün Cənubi Qafqazda Azərbaycandan başqa önəmli ölkə yoxdur. Məsələ ondadır ki, Azərbaycan ABŞ-a İrana qarşı istifadə üçün baza məqsədi ilə lazımdır. ABŞ-ın dünyada 800 hərbi bazası var. Birini də Azərbaycanda yaratmaq istəyir".

Politoloq hesab edir ki, bu fikir Amerika siyasi arenasını yaxşı bilən siyasi ekspertlərin fikridir:

"Görünən odur ki, Vaşinqton Azərbaycanla təzyiq dilində danışmağın səhv olduğunu başa düşür və çalışır ki, Azərbaycanı özündən uzaqlaşdırmasın. Ermənistanla sülh məsələsi ABŞ-a ona görə lazımdır ki, regionda əsas planlaşdırılan proseslər başlasın və bu sülhə də ABŞ-ın payı olsun ki, gələcək proseslərdə də aktiv rol ala bilsin. ABŞ təbii ki, regionda Azərbaycan və Ermənistanla əldə etməyə çalışdığı regional sülhü geosiyasi dəyişikliklər planları güddüyü İran və Rusiyanın da qatıldığı geniş qarşıdurma arenasına dəyişməyi planlayır".

Anar Əliyev
Xəbəri paylaş