Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İsrailin yanında durub

ABŞ İsrailin yanında durub


"İsrailin Qəzzada antiterror əməliyyatları davam edəcək, bəyanatları ABŞ və Avropa ölkələrinin birgə razılığı əsasında həyata keçirilir".

Newscenter-az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu proses HƏMAS hərakatı təşkilatının İsrailin işğal altında saxladığı ərazilərə ilk olaraq raket zərbələri endirdiyi vaxtdan mütəmadi olaraq davam edir:

"Burda xüsusi olaraq ABŞ -ın açıq şəkildə dəstəyinin olduğunu qeyd etmək lazımdır və istər hərbi sahədə olsun istərsə də siyasi baxımdan olsun bu savaşın davam etdirilməsi üçün ən böyük dəstəyi məhz ABŞ verməkdədir.Müharibənin nəticələri çox vahimə doğulmasına baxmayaraq, biz bu proseslərdə ABŞ-ın nə qədər özünü soyuqqanlı və sakit apardığını görürük".

Onun sözlərinə görə, bu bir daha təsdiq edir ki, ABŞ İsrailin yanında durub və müharibənin davam etməsi üçün maraqlı görünür:

"Bu səbəbdən Ağ evin HƏMAS və İsrail arasında müharibənin davam etdirilməsi istiqamətində yürütdüyü siyasətin arxasında məhz ABŞ-ın Orta Şərqdə olan geosiyasi maraqları dayanır və çox güman edirəm ki, ABŞ öz maraqlarını bölgədə təmin etmədiyi halda qalıcı atəşkəs rejimi haqda danışıqlar prosesinə mane olmağa çalışacaq".

Anar Əliyev
Xəbəri paylaş