“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova həbs olunub.
Newscenter-az xəbər verir ki, Xətai Rayon Məhkəməsində, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
Mehman Mehdiyev