Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evdən skandal açıqlama: "Qəzzada qalıcı atəşkəsi dəstəkləmirik"

Ağ Evdən skandal açıqlama: "Qəzzada qalıcı atəşkəsi dəstəkləmirik"


Birləşmiş Ştatlar Qəzzada qalıcı atəşkəsi dəstəkləmir. Lakin 7 günlük atəşkəs rejiminin bir neçə günə qədər uzadılmasını istəyir".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ənənəvi keçirdiyi mətbuat konfransında səsləndirib.

İsrail və HƏMAS-ın bu razılaşmanın uzadılması ilə bağlı parametrləri razılaşdırmalı olduğunu bildirən Kirbi, Qəzza xalqına daha çox qida, su, dərman və yanacağın lazım olduğunu deyib.

Kirbi, ABŞ-ın İsrailə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş