"İsrail-HƏMAS müharibəsi fonunda mövcud olan bir sıra reallıqlar konspirativ nəzəriyyə kimi görünsə də, bu müharibənin danışılmış döyüş olduğu qənaətini hasil edir. Məsələ ondadır ki, HƏMAS yarandığı gündən bu günə kimi İsraillə qarşıdurmadan Fələstin xalqı üçün hansı qazancı əldə edib sualı məsələnin mahiyyətini açmağa kömək edir. Cavab olaraq dəyək ki, heç bir qazanc. Təbii ki, HƏMAS liderlərinin milyarder olması faktından başqa".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Fələstin xalqı HƏMAS-ın yaradılması ilə ikiyə bölünüb:
"Qərbi Şəriyyə ilə Qəzzada yaşayan fələstinlilərin hakimiyyətləri bir-biri ilə düşmən mövqedədirlər. Fələstin torpaqları HƏMAS-ın fəaliyyətindən sonra daha da azalıb. Minlərlə fələstinli öldürülüb, ərazilərini tərk edib. Bu faktlardan sonra necə demək olar ki, HƏMAS Fələstin xalqı üçün mübarizə aparır?".
Politoloq qeyd edib ki, HƏMAS liderləri durduğu yerdə milyarder olmayıb:
"Onlar ABŞ və İsrailin verdikləri pulun və beynəlxalq aləmin etdiyi yardımların hesabına varlanıblar. Bu baxımdan da bu müharibənin növbəti ssenari olduğu şübhə doğurmur. Ssenarinin ABŞ-da və ya İranda, ya da İsraildə yazılmasının fərqi yoxdur, amma ssenari eyni mərkəzdə yazılıb. Odur ki, ABŞ-ın atəşkəsdə maraqlı olmamasının səbəbi məlum olur. Bu dəfə Qəzza ərazisinin bir hissəsi və ya hamısı fələstinlilərdən təmizlənməlidir ki, beynəlxalq nəqliyyat marşrutu olan "Baharat yolu" burdan keçsin. Bu marşrut ABŞ-ın iştirakı ilə G20 zirvəsində elan ediləndə bu müharibənin başlayacağı məsələdən başı çıxanlar üçün bəlli idi ki, belə də oldu".
Anar Əliyev