Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya vətəndaşı olmaq asanlaşır

Almaniya vətəndaşı olmaq asanlaşır


Almaniya bu ölkənin vətəndaşlığını almaq istəyənlər üçün mövcud olan qaydaları sadələşdirir.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi bununla bağlı qanun layihəsini Federal Məclisdə müzakirəyə çıxarıb.

Bildirilir ki, qanun, həmçinin Almaniyada ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır. Qanunun yeni ildən əvvəl qüvvəyə minməsi gözlənilir.

Bundestaqda müzakirə zamanı daxili işlər naziri Nensi Faeser deyib ki, sözügedən qanun mövcud hökumətin ən mühüm islahatlarından biri olacaq:

"Bir çox sahələrdə ixtisaslı işçilərə ehtiyacımız var. Ölkəmizə ixtisaslı kadrları cəlb etmək istəyirik. Bundan əlavə, uzun müddətdir Alman cəmiyyətinin bir parçası olan immiqrantlar artıq daha asan vətəndaş ola bilərlər".

Qeyd edək ki, qanun layihəsnə görə, vətəndaşlığa qəbul üçün səkkiz illik gözləmə müddəti 5 ilə endirilir. İqtisadi və sosial baxımdan Almaniyaya inteqrasiya etmək istəyən mühacirlərin müraciət etmələri üçün gözləmə müddəti üç il olacaq.

Bundan başqa valideynlərdən biri ölkədə qanuni olaraq beş il yaşayıbsa, onların Almaniyada doğulmuş uşaqları avtomatik olaraq vətəndaşlıq alacaqlar. Qanunun Türkiyə vətəndaşlarına təmin edəcəyi ən mühüm üstünlük ikili vətəndaşlıq hüququdur. Yeni qanun ilə Türkiyə vətəndaşları vətəndaşlıqdan çıxmadan Almaniya vətəndaşı ola biləcəklər. Mövcud qanun bütün əcnəbilərin uşaqlarına ikili vətəndaşlıq hüququ verir, lakin 23 yaşında uşaq iki vətəndaşlıqdan birini seçməlidir.

Anar Əliyev
Xəbəri paylaş