Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinə kənar müdaxilələr daha çoxdur

Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinə kənar müdaxilələr daha çoxdur


"Azərbaycan öz suverenliyini Qarabağda və digər işğal edilmiş ərazilərdə bərpa edib. Bununla da ərazilərimizin işğalçılardan təmizlənməsi həyata keçirilib. İndi əsas diqqət Azərbaycan-Ermənistan sərhəddinin delimitasiya və demarkasiyasına, eləcə də iki dövlətin gələcək münasibətlərini müəyyən edəcək sülh müqaviləsinin imzalanmasına yönəldilib".

Newscenter-az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Mütəllim Rəhimli deyib ki, lakin bu sahədə 3 il keçməsinə baxmayaraq ciddi irəliləyiş əldə olunmayıb:

"Qarabağ probleminin həllinə dair beynəlxalq vasitəçilik missiyasının fəaliyət göstərdiyi dövrdə olduğu kimi hazırda da Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinə kənar müdaxilələr daha çoxdur. Biz vasitəçilik missiyasının problemin həllinə xidmət etmədiyini, hər bir vasitəçi tərəfin özünün maraqlarını da ortaya qoyduğunu müşahidə etmişik. İndi də iki dövlət arasında münaibətlərin tənzimlənməsində eyni vəziyyəti müşahidə etməkdəyik".

Politoloq deyib ki, vasitəçilik uğrunda mübarizə getdiyini görürük:

"İkincisi, iki dövlət rəsmilərinin görüş məkanlarının təyin edilməsi ilə ciddi fikir ayrılığını müşahidə edirik. Sülh müqaviləsinin bağlanmasında Rusiya və ABŞ-Qərb ölkələri qarşıdurma vəziyyətinə gəliblər. Bütün bunlar isə problemin nəinki həllinə xidmət edir, əksinə onu daha da çətinləşdirir. Ona görə də həm Azərbaycan, həm də Ermənistan bütün vasitəçilərdən imtina edərək, vasitəçilərsiz danışıqlara başlamalıdırlar. Yalnız bu yolla davamlı sülhə nail olmaq mümkündür. Ona görə də, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşləri, eləcə də istənilən səviyyədə aparılan danışıqlar üçüncü tərəf olmadan keçirilməlidir. Bununla belə iki ölkə arasında təmasların intensivləşməsi təqdirəlayiq haldır. Yalnız bu yolla anlaşma əldə oluna bilər".

Anar Əliyev
Xəbəri paylaş