"Bu görüşlər əlbəttə ki, texniki məsələlərin həlli üçün və ölkə başçılarının görüşünə qədər hazırlıq məqsədi daşıyır, çünki anklav məsələləri gündəmdədir və Azərbaycan Qazaxın 7 və Naxçıvanın 1 kəndinin Azərbaycana qayıtması ilə bağlı Ermənistan tərəfdən addımların atılmasını gözləyir".
Bu fikirləri Newscenter-az-a politoloq Azər Qasımov Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, mərhələli şəkildə bu məsələlər öz həllini tapacaq:
"Ççünki qarşı tərəf də anlayır ki, bu istiqamətdə addım atılmasa, bu onların öz ziyanına olacaq. Ona görə kəndlər və sərhədlərin delimitasiyası ilə bağlı məsələlər belə görüşlərdə razılaşdırılır və liderlər arasında olan görüşdə artıq öz təsdiqini tapır. Təbii ki, bu məsələlər öz həllini taparsa bu öz növbəsində digər məsələlər olan iki ölkə arasında kommunikasiya və Qərbi Azərbaycanlıların qayıtması məsələsini də stimullaşdırmış olar. Hökumətlər arasında davamlı dialoqun aparılması, daha sonra siyasi iradə ilə məsələlərin həlli hesab edirəm ki, nizamlanma prosesinin əsas komponentidir".
Anar Əliyev