2024-cü il, mart ayının 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Newscenter.az "Rəsmi Qəzet"-ə istinadən bildirir ki, 2024-cü il, yanvarın 1-dən Seçki təqviminə start verilir.
Türkiyə Yüksək Seçki Qurumu yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.
Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.
Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı saat 17.00-dək Yüksək Seçki Qurumu təqdim edəcəklər.
Anar ƏLİYEV