Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinken: "İsrail müharibə qanunlarına əməl etməlidir"

Blinken: "İsrail müharibə qanunlarına əməl etməlidir"


"İsrail müharibə qanunlarına uyğun hərəkət etməlidir. Biz İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyirik. Lakin İsrail özünü müdafiə edərkən beynəlxalq humanitar hüquq və müharibə qanunlarına uyğun hərəkət etməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken İsrailə səfərinin yekunları ilə bağlı verdiyi açıqlamada səsləndirib.

Dövlət katibi deyib ki, İsrail əməliyyatını davam etdirməzdən əvvəl fələstinli mülki şəxslərin itkilərini minimuma endirəcək humanitar və mülki müdafiə planlarını həyata keçirməlidir:

"Qəzzanın cənubunda və mərkəzi hissəsində mülki əhalinin təhlükəsiz ola biləcəyi yerlər müəyyən edilməli və xəstəxanalar, su və enerji obyektləri kimi həyati əhəmiyyətli infrastrukturlara zərər verməmək üçün diqqət yetirilməlidir", -deyə Antoni Blinken vurğulayıb.


Anar Əliyev
Xəbəri paylaş