Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu

Bu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu


Başa vurmaqda olduğumuz 2023-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Dünyanın müxtəlif regionlarında baş verən müharibələr, bundan dolayı qlobal səviyyədə yaranan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatında inkişaf tendensiyasının qeydə alınması uğurlu idarəetmə və ölkədə həyata keçirilən səmərəli iqtisadi islahatların təzahürüdür.

Newscenter.az xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Cəmiyyətinin açıqlamasında qeyd olunub. Cəmiyyətin yaydığı açıqlamada bildirilib ki, 2023-cü ildə istər neft, istərsə də qeyri-neft sektorunda qeydə alınan artım büdcədaxilolmalarına əsaslı şəkildə təsir göstərib. Bu da nəticə etibarilə həm iqtisadiyyatın daha da inkişafı, həm də əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına təkan verib.

Açıqlamada il ərzində əhalinin pul gəlirləri və Ümumi Daxili Məhsulun da artdığı qeyd edilib.

Natiq Orucov
Xəbəri paylaş