Bu il yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib.
Newscenter-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, könüllü təhvil verilən silahlardan 24-ü avtomat, 8-i tapança, 502-si ov tüfəngi olub.
Nazirlik bir daha vətəndaşlara müraciət edərək onları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb.
Mehman Mehdiyev