Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa prezidrnti haqqında həbs qərarı çıxarıldı

Fransa prezidrnti haqqında həbs qərarı çıxarıldı


Fransanın sabiq prezidenti Nikola Sarkozi haqqında 1 illik həbs qərarı çıxarılıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, prokurorluq keçmiş prezident Sarkozini qanunsuz maliyyələşmə etməkdə günahkar bilib.

Belə ki, seçki kampaniyası dövründə Sarkozinin qanuni limit olan 22,5 milyon deyil, 42,8 milyon avro xərclədiyi məlum olub.

Sarkozi seçki xərclərini partiya fəaliyyəti kimi göstərmək üçün "Bygmalion" şirkətindən saxta hesab-fakturalar almaqda, müvafiq şirkət isə Sarkozinin xərclərini gizlətmək üçün saxta hesab-fakturalar verməkdə ittiham olunur.

Fransanın sabiq prezidenti məhkəmə qərarından apellyasiya şikayəti verib.

Anar Əliyev
Xəbəri paylaş