Fransa daha bir antidemokratik addım atıb.
Newscenter-az trthaber-ə istinadən xəbər verir ki, bu ölkədə nəzərdə tutulan "Qəzzədə sülh" nümayişi qadağan olunub.
Məlumata görə, Fransanın Nitsa şəhərinin bağlı olduğu Alpes-Maritimes Qubernatorluğu Qəzzada atəşkəs və sülh tələbi ilə sabah şəhərdə keçirilməsi planlaşdırılan nümayişi "ictimai asayişi pozma riski" səbəbi ilə qadağan edib.
Qubernatorluq sosial media platformasında verdiyi açıqlamada bu barədə məlumat yayıb.
Mehman Mehdiyev