Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansı hallar dövlətə xəyanət hesab edilir və cəzası nədir?

Hansı hallar dövlətə xəyanət hesab edilir və cəzası nədir?


Son illərdə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində onlarla şəxs dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunub. Əsasən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edilən həmin şəxslərin bir çoxu öz layiqli cəzalarını alıb.

Maraqlıdır ki, xarici kəşfiyyata işləməklə bərabər, daha hansı hallar dövlətə xəyanət hesab edilir? Newscenter.az-ın xəbərinə görə, bu məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq AR-nın vətəndaşı tərəfindən qəsdən törədilən əməl, düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə kimi hallar dövlətə xəyanət hesab edilir

Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə də dövlətə xəyanətdir:

"Dövlətə xəyanətdə ittiham olunanlar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar".

İnqilab Süleymanov
Xəbəri paylaş