Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmkarlar Konfederasiyasının adı var, özü yox

Həmkarlar Konfederasiyasının adı var, özü yox


Bəzi dövlət təşkilatların qərarlrı Əmək Məcəlləsinə ziddir”.

Newscenter-az xəbər verir ki, bu fikirləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirb.

Fuad Əliyev qeyd edib ki, bəzi dövlət təşkilatları işçiləri işdən azad etmək üçün qeyri-qanuni olaraq imtahan keçirirlər, bağlanan müqavilələrin tarixini qeyd etmirlər və s. kimi müxtəlif səbəblər gətirirlər:

"Halbuki, işçilərdən yalnız 5 ildən bir imtahan götürmək olar. Bağlanan müqavilələrin tarixi mütləq qeyd olunmalıdır. Bütün bunlar Əmək Məcəlləsinə ziddir".

Bu sahədə ədalətsizliklərin çox olduğunu vurğulayan Fuad Əliyev, bəzi müəssisələrdə iş şəraitinin ağırlığına, əmək haqqının iş şəraitə uyğun olmamasına diqqət çəkib:

"Əmək müqavilələri bağlanır amma tarixi qeyd edilmir. Sonra da rəhbərliyə lazım olanda, “müqavilənin vaxtı bitib” deyərək işçiləri işdən çıxarırlar. İşçi haqqını tələb edə bilmir. Bilmir kimə müraciət edsin. Halbuki bu məsələ birbaşa Həmkarlar Konfederasiyasına aiddir. Həmkarlar Konfederasiyanın adı var, özü yox kimidir”.

Fuad Əliyev deyir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər işəgötürənlərin xeyrinədir:

"Son 10 ildə Məcəlləyə 500-dən çox dəyişiklik edilib. Bu dəyişikliklərin çoxu işçilərin ziyanına olur. Bu, Həmkarlar ittifaqlarının fəaliyyətsizliyi ucbatından baş verir. İstənilən sektorda çalışan işçilərin əksəriyyəti kollektiv müqavilə ilə işə götürülür və elə orda da bir həmkarlar ittifaqlarına bağlanırlar, maaşlarından bu qurumlara ödənişlər edirlər. İşçilərin maraqlarını qorumağa söz verən həmkarlar ittifaqları bu vədlərinə əməl etmirlər, işçi haqlarının pozulmasına göz yumurlar. Bu da nə vaxtsa sosial partlayışa səbəbi ola bilər”.(versus.az)
Xəbəri paylaş