Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran prezidenti BMT-nin İqlim Dəyişikliyi iclasında iştirakdan imtina edib

İran prezidenti BMT-nin İqlim Dəyişikliyi iclasında iştirakdan imtina edib


İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasi - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirakdan imtina edib.

Newscenter.az İranın rəsmi xəbər agnetliyi İRNA-ya istinadən bildirir ki, İbrahim Rəisi sözügedən iclasa İsrail tərəfinin də sözügedən tədbirə dəvət edilməsinə etiraz əlaməti olaraq belə bir addım atıb.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasi - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammiti öz işinə başlayacaq.

Anar TAĞIYEV
Xəbəri paylaş