Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyadan genişmiqyaslı əməliyyat

İspaniyadan genişmiqyaslı əməliyyat


İspaniya silah, narkotik və insan alveri ilə mübarizə üçün Avropanın 26 ölkəsindən agentlərin cəlb olunduğu polis əməliyyatına rəhbərlik edib və 566 nəfər saxlanılıb.

Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatınaa görə, miqrant qaçaqmalçılığına görə 218, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 186, qanunsuz odlu silah dövriyyəsinə görə 69, digər cinayətlərə görə 89 nəfər saxlanılıb.

Əməliyyat zamanı ümumilikdə 215 min nəfər yoxlanılıb, 310 odlu silah və bir tona yaxın narkotik vasitə, o cümlədən 626 kiloqram kokain götürülüb.

Noyabrın 13-dən 18-dək Avropa Polis Təşkilatı “Europol”un dəstəyi, Avropa və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində keçirilən polis əməliyyatında 26 ölkədən 22 mindən çox polis əməkdaşı iştirak edib.

Sona
Xəbəri paylaş