Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan idmançısı beynəlxalq yarışda birincə yerə çıxıb

Azərbaycan idmançısı beynəlxalq yarışda birincə yerə çıxıb


Azərbaycanı Fiqurlu Konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Istanbul Cup 2023“ beynəlxalq yarışında iştirak edib.

Newscenter.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından daxil olan xəbərə görə, yarışlarda Azərbaycan idmançısı birinciliyi qazanıb.

Belə ki, təmsilçimiz 9 ölkədən olan 11 idmançı arasında 221.10 xal toplayaraq 1-ci yerə sahib olub.

Oruc Niyazov
Xəbəri paylaş