Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəlli persona ideyamızı öz nəfsinə istismar etməyə çalışdı

Bəlli persona ideyamızı öz nəfsinə istismar etməyə çalışdı


Hind mütəfəkkiri Rabindranath Tagorun sözlərini xatırladım. -"Əgər bir insanın hayatından daha dəyərli bir şeyi yoxsa, onun hayatının da dəyəri yoxdur."

Əlqərəz, son 2-3 ildə dəyəri olmayandan dəyər umdum. Keçmiş olsun.

Amma insanlarımız bu müddətdə baş verənlərə biganə qalmadı. Addım-addım təqib etdilər, irad bildirdilər, küsüb inciyən, satıldı, itirdik deyən də oldu. Haqlıdırlar. Bir daha millətin yanında, milli mübarizədə, halal yolda görmək kimi umacaqlarını duydum. Qürurlandım.

Bəlli persona ideyamızı öz nəfsinə istismar etməyə çalışdı. Yalanla, yaltaqlıqla ucalmaq yolunu tutdu. Başa salmağa çalışdıq ki, bu yol alçalmaq yoludu. Toqquşduq, ömründə almadığı, haqq etdiyi payını aldı.
Sağlam zümrəyə ümid etməyin, inanmayın, onun yolu iflas yoludur deməyi pzümə bor bilirəm.
Ayrıldıq! Amma YOL davam edir...

Son 3 ilə yaxın bir zamanda həyacanlandırdığım, inamına təsir etdiyim bütün dostlarımdan üzr istəyir, son 5 gündə Azadlığın, Qəzan mübarəkdir deyən dostlara, aydınlara təşəkkür edirəm.
Dövlətimiz çox həssas bir dönəm yaşamaqdadır.

Dövlətimizin, milli maraqlarımızın, bayrağımızın, dəyərlərimizin, daha güclü, layiq, bütöv Azərbaycan, Turan inşa etmək kimi müqəddəs ideallarımızın yanında, yolunda olmalıyıq. Əl-ələ, kürək-kürəyə bu yolu yürüməkdə Allah yar və yardımçımız olsun!

Zəlimxan Məmmədli-politoloq
Xəbəri paylaş