Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Azərbaycan sosial mediası ilə əlaqələri gücləndirmək lazımdır

Cənubi Azərbaycan sosial mediası ilə əlaqələri gücləndirmək lazımdır


"Cənubi Azərbaycan sosial mediası ilə əlaqələri gücləndirmək lazımdır. Hazırda bu əlaqələrin yox səviyyəsində olduğunu demək olar. Əslində maraqlıdır ki, Türkiyə ilə bu əlaqə aktiv olduğu halda İran azərbaycanlıları ilə yazışmalar cüzidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, müasir dövrdə bu əlaqələrin gücləndirilməsi üçün hər cür imkan olduğu üçün gündəlik məsələlərdə belə İran azərbaycanlıları ilə müzakirələr üçün aktiv şəkildə əlaqə qurmaq lazımdır:

"Bu, inteqrasiya üçün mütləqdir. Təbii ki, bəzi qaranlıq addımlar üçün əlaqə və yazışmalar ortaya çıxır, amma geniş şəkildə müxtəlif məsələlər üzərindən fikir mübadiləsi yoxdur. Qarşılıqlı olaraq adət-ənənələr, danışıq dili və bir çox sahələrdə müzakirə edilməsi mümkün olan çox məsələlər vardır".

Azər Qasımov qeyd edib ki, ən azı onların fikirləri ilə yaxından tanış olmaq, bizim fikirlərimizi onlara çatdırmaq, onların başa düşə bilmədiyi həqiqətləri burdan onlara demək üçün mütləq fb və olduğumuz digər platformalardan əlaqələrin gücləndirilməsi, doğru addım olardı".

Anar Əliyev
Xəbəri paylaş