Ermənistanda əlillər hələ də bir çox problemlərlə üzləşirlər.
Newscenter.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Ombudsmanı Anait Manasyanın Beynəlxalq Əlillər Günü münasibətilə müraciətində deyib.
Manasyan vurğulayıb ki, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi onların ləyaqətinə hörmət, inkişaf imkanları, ictimai həyatda başqaları ilə bərabər əsasda iştirak, qərarların qəbulunda müstəqillik, ətraf mühitə əlçatanlıq prinsiplərinə əsaslanmalıdır.
“Ölkənin səlahiyyətli orqanları əlillərin hüquqlarının təmin edilməsinin dövlətin konstitusiya məsuliyyəti olduğunu və alternativi olmadığını başa düşməlidirlər”, - Manasyan vurğulayıb.
Qeyd edək ki, bu gün Beynəlxalq Əlillər Günüdür. Beynəlxalq Əlillər Günü 1992-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilib.
Sona