Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2023-cü il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu oldu

2023-cü il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu oldu


Artıq 2023-cü ilin başa çatmasına bir aydan da az bir vaxt qalıb. Bəs görəsən başa vurmaqda olduğumuz 2023-cü il nə ilə yadda qaldı?

“Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Newscenter.az-a deyib ki, 2023-cü il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu oldu. Onun sözlərinə görə, bu uğur istər siyasi, istər iqtisadi, istərsə də diplomatik və hərbi cəbhədə özünü ənənəvi olaraq göstərdi:

“Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində beynəlxalq reytinqlərdə Azərbaycan öz yerini bir qədər möhkəmləndirdi. İstər neft, istərsə də qeyri-neft sektorunda artım tendensiyası müşahidə edildi. İl ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında ölkədə pensiya və müavinətlərin məbləği artırıldı ki, bu da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərdi”.

Arzuman Muradlı deyib ki, 2023-cü ilin ən yadda qalan və ilə damğa vuran hadisəsi isə Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə ərazi bütövlüyümüzün tam mənada bərpası oldu”.

Arzuman Muradlı əmin olduğunu bildirib ki, qarşıdan gələn 2024-cü il də Azərbaycan üçün bütövlükdə uğurlu olacaq:
“Çünki indiyə qədər əldə edilən nəticələr belə deməyə əsas verir. Digər tərəfdən düzgün idarəçilik və həyata keçirilən müxtəlif sahəli islahatlar bu əminliyi yaradır”.

S.İsmayılbəyli
Xəbəri paylaş