Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

572 milyon dollarlıq fındıq ixrac edilib

572 milyon dollarlıq fındıq ixrac edilib


2023-2024-cü illər fındıq ixracı mövsümünün üç aylıq dövründə Türkiyə fındıq ixracından 572 milyon dollardan çox gəlir əldə edib.

Newscenter.az Qaradəniz Fındıq Məhsulları İxracatçıları Birliyinə istinadən bildirir ki, sentyabrın 1-də başlayan 2023-2024-cü il ixrac mövsümünün 1 sentyabr - 30 noyabr tarixləri arasında xaricə 83 min 650 ton fındıq göndərilib. Nəticədə fındıq ixracından 572 milyon 881 min 387 dollar gəlir əldə edilib.

Qurumdan bildirilib ki, ötən mövsümün eyni dövründə isə 95 min 474 ton fındıq ixrac olunub və 536 milyon 339 min 147 dollar gəlir əldə olunub.

Natiq Orucov
Xəbəri paylaş