Cari il ərzində Türkiyədə bütün sahələrdə olduğu kimi, avtomobil satışında da rekord göstərici qeydə alınıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyənin avtomobil və yüngül ticari vasitə bazarı 2023-cü ilin 11 ayında 1 milyon 73 min 982 ədəd satış həyata keçirməklə rekord səviyyəyə çatıb.
Məəlumatda qeyd edilir ki, bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,8 faiz artıqdır.
Natiq Orucov