Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə biləcək

Azərbaycan Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə biləcək


"2023-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ehtimalı özünü doğrultmur. Brüsseldə, Vaşinqtonda, Moskvada çox sayda, görüşlər keçirilsə də, onların nəticəsi olmadı".

Newscenter-az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əliabbas Məhərrəmli səsləndirib. O bildirib ki, Ermənistan hər vəchlə sülh prosesindən yayındı:

"Paşinyan iqtidarının monolit olmaması, Rusiyadan qopub Qərbin qucağına tələsməsi Ermənistanın daxilində siyasi qütblər arasında qarşıdurmanı artıraraq belə ciddi qərarların qəbuluna imkan vermədi".

Ekspert hesab edir ki, bu məsələnin artıq zamana da ehtiyacı var:

"Regionda marağı olan dövlətlərin mövqeyi və proseslərin gedişindən cox şey asılıdır. Üzümüzə gələn ildə gözləntim yoxdur, desəm yalan olar. Fikrimcə, söz sahibinə cevrilən Azərbaycan Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə biləcək".

Anar Əliyev
Xəbəri paylaş