Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın hərbi texnikası Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir

Azərbaycanın hərbi texnikası Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir


Azərbaycan istehsallı hərbi təyinatlı vasitələr Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Zakir Həsənov "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyənin "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün Misirdə səfərdədir.

Mehman Mehdiyev
Xəbəri paylaş