Gələn il Azərbaycanda Türk Dünyası Sosial, Humanitar, İdarəetmə və Təhsil Elmləri Konqresi keçiriləcək.
Newscenter.az xəbər verir ki, Türkiyə, Azərbaycan, Özbəkistan, İspaniya, Şimali Makedoniya, Tatarıstan və Şimali Kipr Türk Respublikasının iştirakı ilə keçiriləcək konqres 11-13 yanvar, 2024—cü il tarixdə Bakıda baş tutacaq. Ümumilikdə isə konqresə 15 fərqli ölkədən nümayəndə dəvət edilib.
Konqresin açılış mərasimində Qərbi Kaspi Universitetinin rektoru Hüseyn Bağırov, Özbəkistanın Ürgənc Pedoqoji Universitetindən Firuzə Madrahimova, Şimali Kiprdəki Rauf Denktaş Universitetindən Sərdar Denktaş, Şimali Makedoniyanın Tetova Universitetindən Fatonn Şabani və s. şəxslər çıxış edəcək.
Konqresin sonunda iştirakçılara beynəlxalq səviyyədə keçərli olan sertifikat veriləcək.
Sona