Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.
Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
R.Mehdiyeva