Dünya Bankı Türkiyədə elektrik enerjisinin nəqli üçün 750 milyon dollar maliyyə yardımı ayırmağı nəzərdə tutub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez məlumat verib.
O, Türkiyədə elektrik enerjisinin nəqli sahəsində 750 milyon dollara çata biləcək yeni bir maliyyə əməliyyatı üçün hazırlıqlara başladıqlarını söylədi.
Lopez, "Türkiyənin 12 il ərzində 60 gigavatlıq bərpa olunan enerji istehsal gücü quracağını açıqlaması çox yaxşı xəbərdir", -deyə bildirib.
Dünya Bankının rəsmisi bunun sadəcə mücərrəd bir öhdəlik olmadığını, həm də Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə aparmaq istədiyini ifadə edib.
Anar TAĞIYEV