Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qətərə səfərə gedir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iki gün davam edəcək səfər zamanı Türkiyə lideri Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, həm də regional məsələlər müzakirə olunacaq.
Ümumiyyətlə isə Ərdoğanın keçirdiyi görüşlərdə müzakirə ediləcək ən mühüm mövzularından biri İsrailin Qəzzaya hücumları olacaq. Görüşlərdə Qəzzada daimi atəşkəsin əldə edilməsi və bölgəyə humanitar yardımların çatdırılması ətrafında fikir mübadiləsi aparılacaq. Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının iclasında da iştirak edəcək.
Qeyd edək ki, bu prezident Ərdoğanın bu il ərzində həyata keçirdiyi 19-cu xarici səfərdir.
Anar TAĞIYEV