Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan söz sahibi deyil

Ermənistan söz sahibi deyil


Ermənistanla sülh müqaviləsinin bağlanması üçün təbii şərait hələ yetişməyib.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu baxımdan ilin sonuna kimi sülh bağlanmasının gözlənilməsi mümkün deyil:

"Əslində bu məsələ tək Ermənistandan asılı olsa idi, bəlkə sülhün bağlanması asan olardı. Amma Ermənistan burada söz sahibi deyil. Ermənistan üzərində ağalıq edən qüvvələr müxtəlif qütblü olduğu üçün onların maraqlarının tam təmin edilməsi praktiki olaraq mümkün deyil. Burda Ermənistanın siyasi iradə göstərməsi lazımdır, amma bu, az ehtimal ediləndir".

Azər Qasımov deyib ki, Ermənistan atdığı hər addımı məsləhətləşməmiş edə bilmir:

"Çünki bu, onun regionda mövcud olması reallığını təmin edir. İcazəsiz addım Ermənistan üçün yeni təlatümlər vəd edir. Ermənistan yaradılış səbəbindən kənara çıxa bilməz. Onlar Türk dünyası arasında bufer zona olmaq vəzifəsini həyata keçirməlidir. Əks halda Ermənistanın bir proyekt kimi marağı heçə enir. Onda Ermənistan tədricən yox olmağa məhkum olacaq".

Azər Qasımov, "Növbəti ildə də sülh məsələsi beynəlxalq konyukturadan asılı olacaq. Güclərin maraqları uzlaşsa, sülhdən danışmağa dəyəcək",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş