Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Malayziyanın yeni səfiri: "Azərbaycan Prezidenti çox xarizmatik və uzaqgörən Liderdir"

Malayziyanın yeni səfiri: "Azərbaycan Prezidenti çox xarizmatik və uzaqgörən Liderdir"


"Azərbaycan Prezidenti İlham Əliyev çox xarizmatik və uzaqgörən Liderdir".

Newscenter.az-ın xəbərinə görə, bunu Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən zaman deyib.

Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunulub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş