Son zamanlar Azərbaycan ərazisində, eyni zamanda qardaş Türkiyədə ard-arda yeraltı təkanlar və zəlzələlər baş verir. Elə bu gün İstanbulda 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Newscenter.az-ın xəbərinə görə, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Salehoğlu deyib ki, ölkəmizin Alp-Himalay seysmik qurşağı üzərində yerləşməsi fəlakətli təbiət hadisələri ilə üz-üzə qalmağımızı qaçınılmaz edir:
"Tarixə nəzər yetirdikdə Şamaxıda, Gəncədə, Zaqatalada və.s bölgələrdə güclü dağıdıcı qüvvəyə malik zəlzələlərin baş verdiyini görə bilərik. Bu hadisələr nəticəsində minlərlə insan həlak olmuş, yaşayış məskənləri isə tamamilə dağılmışdır. Keçmişdən nəticə çıxarmaq gələcəkdə qarşılaşacağımız təhlükələrə hazırlıqlı olmağımıza yardım edə bilər. Ancaq təəssüf ki, Azərbaycan cəmiyyətində belə məsələlərə o qədər də əhəmiyyət verilmir".
Anar Əliyev