Payız əkin mövsümünün başladığı dövrdən bugünədək ölkənin meşə fondu torpaqlarında, həmçinin meşə fondu olmayan digər ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 785 500 ağac əkilib, 24 700 kiloqramdan artıq toxum səpilib.
Qeyd edək ki, ağacəkmə tədbirlərində ETSN yanında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və
Newscenter.az xəbər verir ki, Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunur.
Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.
Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Sona