Qəzzada yaşayan daha 142 türk vətəndaşı Türkiyəyə gətirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Rəfah Sərhəd Qapısından keçərək Qahirə hava limanına gələn Türkiyə vətəndaşları Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbula gəliblər. Vətəndaşları hava limanında Xarici İşlər Nazirliyinin nümayəndələri və AFAD rəsmiləri qarşılayıblar.
Pasport nəzarətindən sonra bəzi vətəndaşlar xüsusi ayrılmış avtobuslarla AFAD-ın müəyyən etdiyi otellərə yerləşdirilib.
Anar TAĞIYEV