Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qırğızıstanda enerji investisiya və əməkdaşlıq” konfransı keçiriləcək

“Qırğızıstanda enerji investisiya və əməkdaşlıq” konfransı keçiriləcək


Dekabrın 4-5-i tarixlərində Bişkek şəhərində “Qırğızıstanda enerji investisiya və əməkdaşlıq” konfransı keçiriləcək.

Bu barədə məlumatı Newscenter.az-a Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmet Eren verib. Hikmet Eren bildirib ki, konfransın açılış mərasimində Qırğızıstan prezidenti Sadır Caparov və Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar da iştirak edəcək:

“Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, EkoAvrasiya Fondu, Elektrik İstehsalçıları Birliyi və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, EkoAvrasiya Fondu, Elektrik İstehsalçıları Birliyinin təqdimatları olacaq”.

Hikmet Eren deyib ki, konfransda Qırğızıstan, Türkiyə və Şimali Kipr Türk Respublikasından çoxlu sayda iş adamı iştirak edəcək, enerji sektorunda əməkdaşlıq imkanları müzakirə olunacaq.



Anar Əliyev
Xəbəri paylaş