Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır

Regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır


Ölkədə autizm sindromlu uşaqlarla müəyyən mənada iş aparılsa da, lakin bu istiqamətdə atılan addımlar, görülən işlərin ürəkaçıcı olmadığı bildirilir. Xüsusilə, regionlarda bu sahədə acınacaqlı vəziyyətin hökm sürdüyü iddia edilir. Elə Din və Qadın Hüquqları ictimai birliyinin sədri Tünzalə Qardaşova da belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, ictimai birlik sədri deyib ki, regionlarda bu tipli uşaqlar üçün mərkəzlər yaradılmalıdır və onlar psixoloji dəstək almalıdırlar:

“Bu uşaqların ailələrinə maddi yardımlar edilməlidir”.

Tünzalə Qardaşova qeyd edib ki, bu uşaqlar təhsildən kənarda qalırlar:

“Çünki onlarla işləyə bilən müəllimlər çox azdır. Bizə məlumdur ki, bu uşaqlarla xüsusi metodlar tətbiq etməklə işləmək lazımdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlamalıdır".

Sona
Xəbəri paylaş