"Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə ofisinin hesablamasına görə, 2020-2023-cü illər arasında 85 hadisə baş verib, 49 nəfər həyatını itirib, 79 nəfər yaralanıb".
Newscenter.az xəbər verir ki, bunu BQXK-nin Azərbaycandakı subnümayəndəliyinin humanitar müdafiə məsələləri üzrə əməkdaşı Könül Hacıyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mina hadisələri nəticəsində 26 sürücü minadan zərər çəkib: "Bundan başqa, əsasən, mal-qara ilə məşğul olan insanlar minaya düşür".
Sona