Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu atəşə tutuldu

Türkiyədə sərnişin avtobusu atəşə tutuldu


Türkiyədə sərnişin avtobusu atəşə tutulub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tokat vilayətində baş verib. Belə ki, Tokatın Ərbaa rayonundan İstanbula gedən sərnişin avtobusuna naməlum şəxslər tüfənglə atəş açıb.

Hacıpazar kəndi yaxınlığında naməlum şəxs və ya şəxslərin tüfənglə avtobusun mühərrik hissəsini atəş açaraq zədələməsi avtobusun hərəkətini mümkünsüz edib. Təxminən 1 saatlıq gözləmədən sonra avtobusda olan 33 sərnişin əraziyə göndərilmiş digər avtobusla İstanbula yola salınıblar.

Avtobusa atəş açan şəxs və ya şəxslərin tapılması istiqamətində araşdırmalara başlanılıb.

Anar TAĞIYEV
Xəbəri paylaş