"Sona çatmaqda olan 2023-cü il ölkəmiz üçün istər siyasi, istər hərbi, istər sosial, istərsə də iqtisadi baxımdan bir çox uğurlarla yadda qaldı. Şübhəsiz ki, ən böyük uğur Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlıdır. Cəmi bir gün sürən əməliyyat nəticəsində separatçı xunta rejimi süquta uğrayaraq təslim olmaq və ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. Xankəndində, Xocalıda,Əskəranda, Ağdarədə, Xocalıda, bir sözlə bütün torpaqlarımızda müqəddəs üçrəngli barağımız ucaldıldı. Şübhəsiz ki, ərazilərimizin işğaçılardan tamailə təmizlənməsi təkcə 2023-cü ilin deyil Azərbaycnaın son 200 illik tarixinin ən böyük uğurudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, başa çatmaqda olan il Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində danışıqların aktiv fazaya qədəm qoyduğu il kimi də yadda qaldı:
"Müxtəlif platformalarda aparılan çoxsaylı danışıqlar nətcəsində Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmək məcburiyyətində qaldı".
Yusif Bağırzadə deyib ki, 2023-cü ilin Azərbaycan üçün ən mühüm uğur göstəricilərindən biri də ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi, öz milli maraqlarını layiqincə təmin etməsidir. Azərbaycanın uğurlarını qəbul edə bilməyən, regionumuzu öz ambisiyalarının qurbanına çevirmək istəyən ayrı-ayrı ölkələrin ölkəmiz əleyhinə apardıqları və bu gün də davam edən kampaniya baxmayaraq diplomatik müstəvidə də mühüm uğurlara imza atmışıq:
"Fransanın BMT Təhlükəsizlik Şurasındakı fiaskosu, Avropa İttifaqının Azərbaycan əleyhinə qəbul etmk istədiyi qərarlara Macarıstan tərəfindən veto qoyulması ölkəmizin növbəti siyasi-diplomatik qələbəsi və uğuru sayıla bilər.
2023-cü il eyni şəkildə iqtisadi sahədə də uğurlu il oldu deyə bilərik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etdi. Cari ildə əsas hədəf ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi və bu istiqamətdə də olduqca böyük işlər görülüb. Ötən dövrdə qeyri-neft sektorumuzun və qeyri-neft sektorunun sənaye sahəsinin kifayət qədər artması, maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşması cari ilin səmərəli keçdiyini deməyə əsas verir. Belə ki, həm iqtisadiyyatımızda, həm də qeyri-neft sektorunda artım qeydə alındı".
Politoloq, "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa-quruculuq işləri tam sürətlə davam edir. Böyük Qayıdış Proqramının birinci mərhələsi uğurla icra edilir və artıq 987 ailənin, 3932 nəfərin öz ata-baba yurdlarına köçürülməsi təmin olunub. İlin sonuna qədər isə daha 215 ailənin köçürülməsi gözlənilir. Bütün bunlar ümumilikdə 2023-cü ilin ölkəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir",-deyə bildirib.
Anar Əliyev