Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

90 nəfərin böyrəyini satan qrup üzvləri həbs edilib

90 nəfərin böyrəyini satan qrup üzvləri həbs edilib


Pakistanda orqan alveri ilə məşğul olan dəstəyə qarşı əməliyyat həyata keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü saxlayıb.

Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada deyib ki, dəstə üzvləri əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirilib və orada məcburi tibbi müayinədən keçirilib:

"Onlara xaricdə işləmək üçün böyrəklərinin birinin çıxarılmasının vacibliyi bildirilib".

Səddar Sidra Xan bildirib ki, kəndlilərdən çıxarılan böyrəklər 2,5-5 milyon rupi civarında zəngin insanlara satılıb.

Anar TAĞIYEV
Xəbəri paylaş