Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa məkanında daimi müttəfiq və etibarlı tərəfdaş qazana bilməmişik

Avropa məkanında daimi müttəfiq və etibarlı tərəfdaş qazana bilməmişik



"Bizim bir sıra super güclərlə problemimiz hələ də qalır. Zəngin resurslardan istifadə edilməsinə baxmayaraq Avropa məkanında daimi müttəfiq və etibarlı tərəfdaş qazana bilməmişik”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli müntəzəm olaraq Avropadan, Qərbdən Azərbaycana qarşı yönələn təzyiqlərin səbəbi barədə sualı cavablandırarkən səsləndirib. O bildirib ki, ABŞ ilə münasibətlərdə də gərginik hazırda artan dinamika ilə inkişaf etməkdədir:

“Bəzən xarici siyasətdə Şərq mentalitetindən doğan aqresiya və küskünlük müşahidə olunur. Bu isə diplomatiyanın fəlsəfəsi ilə bir araya sığmır. Xarici siyasətdə ən böyük uğur Türkiyə ilə uzlaşdırılmış siyasətin yürüdülməsidir. Bu ona gətirib çıxardı ki, Türkiyə beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarının təmsilçisi kimi çıxış etməyə başladı. Düşünürəm ki, biz bu xətti qoruyub saxlamalıyıq”.

Mütəllim Rəhimli onu da deyib ki, ölkəmizin xarici siyasətindəki müsbət davranışları qeyd etməklə yanaşı eyforiyaya da qapılmaq olmaz.

Anar Əliyev
Xəbəri paylaş