Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Newscenter-az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq 20 nömrəli məktəb-liseydən məlumat verilib.
Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".