Bir ildən artıqdır ki, Göyçay özünün yeni inkişaf, tərəqqi dövrünü yaşayır.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il, oktyabrın 17-də imzaladığı sərəncamla Natiq Ağayevin Göyçay rayon icra hakimiyyətinin başçısı təyin edilməsindən sonra bu rayonun həyatında yeni bir mərhələ başlayıb desək yanılmarıq.
İcra başçısı kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısının etimadını ən yüksək səviyyədə doğrultmağa çalışan Natiq Ağayev buna nail olub deyə bilərik. Hər halda rayon sakinləri ilə icra hakimiyyətinin başçısı Natiq Ağayevin keçirdiyi səyyar görüşlər, vətəndaş qəbulları zamanı göyçaylıların etdiyi səmimi etiraflar bunu deməyə əsas verir. Ötən 1 ildən artıq müddətdə hər bir göyçaylının qayğı və problemləri ilə maraqlanan Natiq Ağayev, rayonun abadlaşdırılması, infrastrukturun yenilənməsi istiqamətində də kifayət qədər işlər görüb. Birbaşa Natiq Ağayevin nəzarəti, bir çox hallarda iştirakı ilə belə aparılan quruculuq-abadlıq işləri, yaşıllaşdırma aksiyaları Göyçayın simasını əsaslı dərəcədə dəyişib.
S.İsmayılbəyli